"Xəzər-Lənkəran"dan ayrılan hücumçu "Neftçi" ilə anlaşacaqmı ?

03:00 28 Dekabr 2014

"Xəzər-Lənkəran"dan ayrılan hücumçu Rauf Əliyev "Neftçi"yə transfer olunmağa çox yaxındır. 

Sportarena.az saytına verilən məlumata görə, Rauf Əliyev "Neftçi"nin bazasında olub və klub prezidenti Sadıq Sadıqovla görüşüb. Futbolçu 1 illik müqavilə üzrə 400 min dollar istəyib, klub isə bununla razılaşmayıb. Əvəzində komanda Rauf Əliyevə başqa bir təklif irəli sürüb. Belə ki, futbolçu 1.5 illik müqavilə bağlasın və nəticədə 300 min dollar almaq imkanı qazansın. Futbolçu bu təklifə qismən razılıq verib. Amma futbolçu hələ ki, yekun qərarını açıqlamayıb.

 

Samir, Sportarena.az


Digər xəbərlər

Xəbər xətti