Superliqada NÖVBƏTİ İSTEFA

16:20 29 Dekabr 2014

Türkiyənin "Akhisar" klubunun baş məşqçisi Mustafa Reşit Akçay istefaya göndərilib. Buna komandanın son turlar uğursuz çıxışı səbəb olub.

 

Superliqanın 15-ci turunda evdə "Rizəspor"a 0:4 hesabı ilə uduzan "Akhisar" rəhbərliyi Akçayla qarşılıqlı razılıq əsasında müqaviləni ləğv ediblər. "Akhisar"ın yeni baş məşqçisinə bir həftə ərzində aydınlıq gələcək.

 

Qeyd edək ki, "Akhisar" 15 turdan sonra 17 xalla turnir cədvəlinin 11-ci pillədə qərarlaşıb.


Xəbər xətti