Sabiq "Xəzər Lənkəran"lı oynadı, komandası heç-heçə etdi

21:15 29 Dekabr 2014

Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 15-ci turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, “Xəzər Lənkəran”ın keçmiş futbolçusu Mbilla Etamenin çıxış etdiyi "Samsunspor"səfərdə “Bucaspor”la qarşılaşıb.

 

Matç qolsuz başa çatıb. Bu görüşdə Etame start heyətdə meydana çıxıb və sona qədər forma geyinib.

Qeyd edək ki, "Samsunspor" turnir cədvəlində 19 xalla 9-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti