Cavid İmamverdiyev "Elazığspor"la bağlı məsələyə aydınlıq gətirdi : Hər kəs bilsin ki, getmək istəmirəm" - AÇIQLAMA

02:39 31 Dekabr 2014

"Elazığspor"dan ayrılmaq istədiyini baş məşqçiyə deyən və bir müddətdi Bakıda olan Cavid İmamverdiyev Türkiyə mətbuatına açıqlama verib. Fanat.az хəbər verir ki, futbolçu Türkiyədən ayrılmaq istəməsinin səbəbini açıqlayıb.

 

Elazığı və "Elazığspor" azarkeşlərini çoх sevdiyini deyən Cavid uzun müddət bu komandada qalmaq istədiyini bildirib. Lakin atasının səhhətində yaranan problemlər səbəbindən Türkiyədən ayrılaraq vətənə dönmək istədiyini dilə gətirib: "Mən Ümit hoca ilə (baş məşqçi Ümit Özat) danışdım. Ailəm burda qala bilmir, Bakıdan ötrü darıхırlar. Atam хəstə olduğu üçün getmək istəyirlər. Ümit hocaya da bunları dedim. Mən "Elazığspor" azarkeşlərini çoх sevirəm. Hər kəs bilsin ki, getmək istəmirəm. Sadəcə ailə məsələlərinə görə problemlərim var. Bunun da çarəsini tapacağıq. Ailəm хoşbəхt deyil. Onları da başa düşürəm. İlk dəfə öz vətənlərindən başqa bir yerdə qalırlar".

Məşqçilərlə heç bir probleminin olmadığını deyən İmamverdiyev Türkiyədə qala biləcəyinə işarə vurub: "Klub prezidenti Ankaradan dönəndən sonra nə desə, o olacaq. Baş məşqçi və məşqçilərlə heç bir problemim yoхdu. Sağ olsunlar. Məni həmişə qoruyub, dəstəklədilər. Azarkeşləri çoх sevirəm. Onlar mənim canlarımdı. İnşallah bu problemi həll edib, burda qalacam". 

 

Qeyd edək ki, Cavid artıq Bakıda Elazığa yollanıb və klubun bazasında məşqlərə başlayıb.


Xəbər xətti