"Xəzər-Lənkəran" rəsmisi : “Avtomatı başına dirəsən də, müqaviləyə imza atmaz”

Sportarena.az      31 Dekabr 2014 , 04:45

“Qalin İvanovun açıqlamasından xəbərim var. Amma yalan danışır, onun “Xəzər Lənkəran”la müqaviləsinin müddəti hələ başa çatmayıb”.

Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

 

O bildirib ki, Qalin İvanovun klubla müqaviləsi mövsümün sonuna qədərdi və futbolçunun cəzalanması üçün əllərindən gələni edəcəklər: “Hansı əcnəbi futbolçu 6 aylıq müqaviləyə qol çəkər? Avtomatı başına dirəsən də, müqaviləyə imza atmaz. Əcnəbilərin çoxu 1+1 sistemində anlaşır. İvanovun bu hərəkəti də cəzasız qalmayacaq”.

 

Klub rəsmisi, həmçinin bolqarıstanlı yarımmüdafiəçini qaytarmağı düşünmədiklərini də vurğulayıb: “Biz bu məsələ ilə bağlı ciddi araşdırma aparmışıq. Sən demə, İvanov altdan-altdan menecerlərlə iş görürmüş, min bir yolla ölkəni tərk etməyə çalışırmış. O, burdan getməyi çoxdan ağlına qoyub. Ürəyi burda olmayan futbolçu nəyimizə lazımdı? Heç biz də beləsini qaytarmaqda maraqlı olmarıq. Sadəcə, futbolçunun müqaviləsi qüvvədə ola-ola, komandadan ayrılması qəbuledilən deyil. Biz də FİFA-ya müraciətimizdə İvanovun cəzalandırılmasını tələb edəcəyik”.

 

Qeyd edək ki, Qalin İvanov “Xəzər Lənkəran”a mövsümün əvvəlində keçmişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin