Sabiq "Xəzər Lənkəran"lı "Boluspor"un hədəfində

13:36 3 Yanvar 2015

Türkiyə PTT I Liqa klublarında "Boluspor" hazırda "Samsunspor"da forma geyinən Mbilla Etame ilə yaxından maraqlanır. 

Sportarena..az xəbər verir ki, gürcü müdafiəçi Reko zədələndiyindən, onunla yollarını ayıran Bolu təmsilçisi legioner limitini kamerunlu forvard ilə doldurmaq istəyir. Baş məşqçi Reha Erginer bununla bağlı rəhbərliyə öz istəyini çatdırıb.

Qeyd edək ki, Mbilla 2013/14 mövsümündə "Xəzər Lənkəran"ın şərəfini qoruyub. 26yaşlı futbolçu 32 oyunda 11 qol vurub.


Digər xəbərlər

Xəbər xətti