"Xəzər Lənkəran"ın ilk rəqibi məlum oldu

00:52 4 Yanvar 2015

Məlum olduğu kimi “Xəzər Lənkəran” dövrələr arası qış fasiləsində Türkiyədə təlim-məşq toplantısı keçəcək.

Yanvarın 5-də axşam saatlarında qardaş ölkəyə yollanacaq komandamızın toplantı çərçivəsində ilk sparrinq-rəqibi bəlli olub. Belə ki,“Xəzər Lənkəran” yanvarın 10-da keçirəcəyi ilk yolama oyununda “Tekirdağspor” komandası ilə üz-üzə gələcək. Istanbuldan 135-km qərbdə, Mərmərə dənizinin şimal sahilində yerləşən Təkirdag şəhərciyini təmsil edən “Tekirdağspor” Türkiyənin regional həvəskarlar liqasının 11-ci qrupunda çıxış edir. “Tekirdağspor” 12-oyundan 23-xal toplayaraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

12cioyunçu.info 


Digər xəbərlər

Xəbər xətti