Vaqiflə Ufuk komandasına qələbə qazandıra bilmədi

Sportarena.az      4 Yanvar 2018, 20:08

Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 16-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvləri Vaqif Cavadov və Ufuq Budağın şərəfini qoruduğu "Qaziantep BB" klubu doğma meydanda Ayaz Mehdiyevin çıxış etdiyi “Giresunspor”la üz-üzə gəlib.

Görüş 1:1 hesabı ilə başa çatıb. Yığmamızın üzvlərindən Ufuq Budaq 90 dəqiqə meydanda olub, Vaqif Cavadov 59-cu dəqiqədə oyuna daxil olub. Ayaz isə bu matçda iştirak etməyib.

Qeyd edək ki, "Qaziantep BB" klubu turnir cədvəlində 20 xalla 11-ci, "Giresunspor" isə 21 xalla 8-ci pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin