"Xəzər-Lənkəran" Almaniya klubu ilə qarşılaşacaq

11:22 5 Yanvar 2015

"Xəzər Lənkəran" komandasının Antalyadakı təlim - məşq toplanışında qarşılaşacağı rəqiblərin adlarını diqqətinizə çatdırırıq. 

 

Sportarena.az xəbər verir ki, Lənkəran təmsilçisi yanvarın 10-u "Təkirdağ" futbol klubu ilə üz-üzə gələcək. 

 

14 yanvarda Almaniyanın "Çemnitzer" komandası ilə qüvvəsini sınayacaq cənub təmsilçisi 17 yanvarda Türkiyə Super Liqasında mübarizə aparan "Kayseri Ərciyəsspor"la görüşəcək. Təmsilçimizin növbəti sınağı 21 yanvarda olacaq. Bu dəfəki rəqib isə Almaniyanın "Nürnberq" komandasıdır. Son matçını 25 yanvarda reallaşdıracaq Xəzər Lənkəranın bu tarixdəki rəqibi hələ bəlli deyil.

 

mənbə: futbol11.az


Digər xəbərlər

Xəbər xətti