"Qəbələ" ilə görüşəcək komandanın baş məşqçisi istefa verib

19:09 5 Yanvar 2015

Türkiyənin "Eskişehirspor" klubunun baş məşqçisi Ərtuğrul Sağlam istefa verib.

46 yaşlı mütəxəssis Superliqanın 16-cı turunda doğma arenada "Qaziantepspor"a 1:3 hesablı məğlubiyyətdən sonra bu addımı atıb. 

Hələlik yeni baş məşqçinin adı açıqlanmayıb. Hazırda 16 xalla 13-cü pillədə olan "Eskişehirspor" yanvarın 14-də Azərbaycanın "Qəbələ" klubu ilə Türkiyənin Antalya bölgəsində yoxlama görüşü keçirməlidir. 

Qeyd edək ki, Ərtuğrul Sağlam 26 iyun 2013-cü ildən bu vəzifədə idi. 


Xəbər xətti