SON XƏBƏR- "Barsa"da Messi həyəcanı

13:12 6 Yanvar 2015

"Barselona"nın argentinalı ulduzu Lionel Messi İngiltərə klubu  "Çelsi"yə keçməyə yaxındır.

Sportarena.az xəbər verir ki,Ötən həftə İngiltərənin "Çelsi" klubunun "Barselona"lı futbolçunu transfer etmək istədiyi xəbərləri yayılmışdı. Ancaq transfer baş tutmadı. Dünən isə Messinin öz şəxsi "instagram" hesabından "Çelsi" klubunun  rəsmi səhifəsini, "zadəganlar"ın futbolçuları Filipe Luis və Kurtuanın hesablarını təqib eləməyə başlaması şübhələri artırıb. Bundan əlavə hücumçunun həyat yoldaşı Antonella Rokkuzzo da London klubunun səhifəsini izləyib. 

İspaniya La Liqasının son turunda "Barselona"nın səfərdə "Real Sosyedad"a 1:0 hesablı məğlub olduğu matçda futbolçunun əsas heyətdə meydana çıxmaması və baş məşqçi Luis Enrike ilə mübahisəsi də futbolçunun yaxın günlərdə komandadan ayrılacağı haqda fikirlərin yaranmasına səbəb olur.

 


Digər xəbərlər

Xəbər xətti