Aleksey Qay "Qəbələ" azarkeşlərinə nə söz verdi-AÇIQLAMA

15:58 6 Yanvar 2015

"Qəbələ"nin yeni transferi Aleksey Qay Ukrayna mətbuatına açıqlama verib.  
Sportarena.az xəbər verir ki, o, yeni klubu haqqında xoş sözlər söyləyib və Azərbaycan futbolu ilə bağlı ilkin təəssüeatlarını açıqlayıb:  "Qəbələ"yə transferim ilk növbədə futbol oynamaq baxımından yeni bir imkandır. Yeni klubum iddialıdır. Qarşısına böyük hədəflər qoyub. Mən də bu uğurlarda pay sahibi olmaq istəyirəm. Əlbəttə, bu, həm də yeni həyat təcrübəsidir. Çünki mən heç vaxt ölkədən kənarda oynamamışdım. İndi isə yeni mədəniyyətlə, mentalitetlə tanış olmaq şansım var".   Futbolçu son zamanlar "Çernamorets"lə yaşadığı problemlərə də toxunub: "Son zamanlar "Çernomorets"də müəyyən xoşagəlməz məqamlarla üzləşsəm də, Odessadakı karyeramı həmişə xoş xatirələrlə anacağam. İndi Roman Qriqorçukla yeni səhifə açmış oluram. "Qəbələ" ilə nəticə qazanmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq. "Çernomorets"dəkindən daha artığına nail olmaq istəyirik". 


Digər xəbərlər

Xəbər xətti