"Simurq" da NÖVBƏTİ TRANSFERLƏR

18:43 6 Yanvar 2015

"Xəzər Lənkəran"da çıxış edən Elnur Abdullayevi transfer edən "Simurq" növbəti transferlərini reallaşdırmağa yaxındı.
Sportarena.az xəbər verir ki, Zaqatala təmsilçisi mərkəz müdafiəçisi və hücumçu almağı planlaşdırır.

Artıq həmin zonalar üçün nəzərdə tutulan oyunçular düşərgədədi. Həmin futbolçular əyalət klubunda baxışdadı. Əgər məşqçilər korpusu adları açıqlanmayan futbolçuları bəyənsə, müqavilə bağlanacaq.


Digər xəbərlər

Xəbər xətti