“Xəzər Lənkəran”ın vitse-prezidenti : "Yeni transfer edəcəyimiz hələ ki, gündəmdə deyil" - AÇIQLAMA

01:24 7 Yanvar 2015

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov klubda baş verən son dəyişikliklərə münasibət bildirib. 

 

 

Klub rəsmisi “Qafqazinfo”ya açıqlamasında“Sumqayıt”da icarədə olan və “Xəzər Lənkəran”a qayıdacağı deyilən Orxan Əliyev məsələsinə aydınlıq gətirib:

 

“Orxan Əliyev 2015-ci ilin yayına qədər icarə müqaviəsi ilə “Sumqayıt”a məxsusdur. Onun geri qaytarılması hələ ki, gündəmdə deyil”. 

 

Nadirov həmçinin təcrübəli qapıçı Cahagir Həsənzadənin gedənlərin siyahısında adının olmamasına da münasibət bildirib: “Cahangir Həsənzadənin adının klubun rəsmi saytında verilən siyahıda komandadan göndərilənlər arasında niyə olmadığını deyə bilmərəm. Yəqin ki, bu məsələ tam rəsmiləşmədiyi üçün onun adı siyahıya daxil edilməyib. Bu barədə məlumat veriləcək”.

 

Vitse-prezident “ağ-yaşıllar”ın heyətinə yeni futbolçuların cəlb olunub-olunmayacağı haqqında isə bunları söyləyib: “Yeni transfer edəcəyimiz hələ ki, gündəmdə deyil. Bu da təbii ki, məşqçilər korpusunun qərarından asılıdır. Onlar hazırda komandada olan futbolçularla yola davam etmək istədiklərini bildiriblər. Əgər təlim-məşq toplanışının gedişində bizdən futbolçu istəsələr, həmin transferi həyata keçirərik”.


Digər xəbərlər

Xəbər xətti