"Xəzər-Lənkəran"ın sonuncu rəqibi də məlum oldu

02:27 7 Yanvar 2015

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran”ın yoxlama görüşündə qarşılaşacağı sonuncu rəqib də demək olar ki, bəllidi. Cənub klubu Azərbaycana qayıtmazdan öncəki son matçında Tiflis “Lokomotiv”i ilə üz-üzə gələ bilər.

 

Tərəflər arasında danışıq artıq başa çatmaq üzrədi. Gürcüstanın I liqasında mübarizə aparan komanda ilə görüşün yanvarın 25-də keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” Antalyada olduğu müddətdə həmçinin yanvarın 10-da “Tekirdağspor” (Türkiyə), 14-də “Çemnitzer” (Almaniya), 17-də “Erciyesspor” (Türkiyə) və 21-də “Nürnberq”lə (Almaniya) qarşılaşacaq. (apasport)


Xəbər xətti