Qalin İvanov : "Pul məsələsində olan problemlər "Xəzər-Lənkəran"dan ayrılmağıma şərait yaratdı” - AÇIQLAMA

17:07 7 Yanvar 2015

“Mən “Xəzər Lənkəran”ı maliyyə probleminə görə tərk etdim. Vəziyyət heç də ürəkaçan deyildi”. 
 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Bolqarıstan mətbuatına açıqlamasında “Xəzər Lənkəran”dan ayrılan Qalin İvanov deyib. 

26 yaşlı futbolçu Azərbaycandan nə səbəbə ayrılmasına aydınlıq gətirib: “Lənkəran klubunda ciddi maliyyə böhranı var idi. Aylar idi ki, biz maaş almırdıq. Belə də mən də klubun düşərgəsindən ayrıldım və ölkəmə gəldim. Müqaviləmi birtərəfli şəkildə ləğv etdim. Bəzi yerlərdə yazılıb ki, mən pulumu almışam. Amma bunlar yalan məlumatdır. Heç bir qalmaqala ehtiyac yoxdur. Mən lazım olanı etmişəm. Düzdür, komandanın önəmli futbolçularından idim. Hər oyun start heyətdə meydana çıxırdım və qollar da vururdum. Lakin pul məsələsində olan problemlər ordan ayrılmağıma şərait yaratdı”.

İvanov ölkəmizdə yaşadığı dönəmi isə belə xatırlayıb: “Mən Bakıda yaşayırdım. Oyunlar olanda yalnız komanda iə birgə Lənkəranda məşqlər edirdik. Azərbaycan inkişaf etməkdə olan gözəl ölkədir. Eləcə də paytaxt Bakı super şəhər idi. Oranı gəzməyə dəyərdi. Həm də futbola yüksək qiymət verilir. İnvestisiyalar yatırılır, stadionlar inşa olunur. Bakıda Münhen “Bavariya”sının məkanı “Alyans Arena”ya oxşayan yeni stadion tikilir. Bu özü də möhtəşəm bir şeydir”.


Digər xəbərlər

Xəbər xətti