İbrahim Çelikkol “Fənərbaxça”lı futbolçu ilə əlbəyaxa davaya çıxdı

21:07 7 Yanvar 2015

Şorgözlüyü ilə tanınan aktyor İbrahim Çelikkol “Fənərbaxça”lı futbolçu Səlcuq Şahinlə əlbəyaxa davaya çıxıb. 

Amerikadan yenicə qayıdan aktyor gecə klublarının birindən çıxarkən S.Şahinin nişanlısı Emel Dəmiryürəklə toqquşub. 

Bundan bərk əsəbləşən futbolçu nişanlısını avtomobilinə mindirərək İ.Çelikkolun yanına qayıdıb və onu itələyib vurmağa başlayıb. İbrahim Səlcuqa eyni qarşılığı göstərən zaman isə dava düşüb. 

Cangüdənlərin köməyi ilə ara sakitləşib.


Digər xəbərlər

Xəbər xətti