SON XƏBƏR - "Simurq" klubunun bütün rəqibləri məlum oldu

03:16 8 Yanvar 2015

"Simurq"un təlim-məşq proqramında bəzi dəyişikliklər də edilib.

 

Sportarena.az xəbər verir ki, komanda toplanış çərçivəsində əvvəlcədən bildirildiyi kimi 4 yox, 5 yoldaşlıq görüşü keçirdəcək. Qarşılaşmalar yanvarın 13-də, 15-də, 18-də, 21-də və 24-də baş tutacaq. 

 

Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi Əlcəzairin "Əl-Eyulma" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 17.30-da start götürəcək. 

 

İkinci görüşdə "sarı-qaralar" Albaniyanın "Partizani" kollektivi ilə üz-üzə gəlməli idi. Ancaq onların təlim-məşq toplanışına gəlməməsi səbəbindən "Simurq" Almaniyanın "Dyusburq" klubu ilə görüşdə gücünü sınaqdan keçirəcək. 

Üçüncü və dördüncü yoxlama oyunları Qazaxıstanın "İrtış" və Rumıniyanın Curcu şəhərinin təmsilçisi "Astra" klubları ilə olacaq. "Simurq"un sonuncu rəqibi isə Ukraynanın "Volın" kollektivi olacaq. 

 

Son yoxlama matçından sonra komanda tam heyətlə ölkəyə qayıdacaq və Topaz Premyer Liqasının XIX turunun hazırlıqlarını doğma arenada davam etdirəcək. 


Xəbər xətti