"Xəzər Lənkəran"dan kənarlaşdırılan qapıçı karyerasını başa vurur ?

13:12 8 Yanvar 2015

"Xəzər Lənkəran"dan kənarlaşdırılan veteran qapıçı Cahangir Həsənzadə karyerasını başa vurmaa qərar verib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa klublarından heç kim onun xidmətində maraqlı deyil.

 

Onun "bakı"ya keçəcəyi deyilsə də bizə çatan məlumata görə, "zolaqlılar" öz gənc qapıçılarına güvənməyə üstünlük veriblər. I Divizionda oynamağı isə Cahangir özü istəmir. Odur ki, hər hansı qeyri-adi hadisə baş verməsə Cahangiri 2015-ci ildə yaşıl meydançalarda görməyəcəyik. 36 yaşlı qapıçı məşqçiliyə başlamağı düşünür. (rekord.az)


Digər xəbərlər

Xəbər xətti