“Vaqif Cavadov istədiyimiz kimi çıxış etmirdi” - “Qazientep BB”dən AÇIQLAMA

Sportarena.az      8 Yanvar 2018, 15:00

“Vaqif Cavadovu baş məşqçimiz heyətdə görmək istəmədi. Biz də onunla yollarımızı ayırdıq”. 
 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Türkiyə birinci dəstə təmsilçisi “Qazientep BB” klubunun mətbuat katibi İbrahim Açıkgöz deyib.

O, milli komandamızın üzvü Vaqif Cavadovun qardaş ölkə klubundan niyə ayrılmasına aydınlıq gətirib: “Cavadov yaxşı futbolçu idi. Amma biz onu transfer edərkən tam başqa cür oynayacağını gözləyirdik. Millinizin futbolçusu burada istəniləni vermədi. Bizim düşündüyümüz səviyyədə çıxış etmədiyi üçün onunla yollarımızı ayırdıq. Ona karyerasında uğurlar arzu edirik”.

Qeyd edək ki, Vaqif Cavadov “Qazientep BB” klubunun heyətində 15 oyuna çıxıb və 2 qol vurub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin