Orxan Sadıqlı "Xəzər-Lənkəran"ın düşərgəsini tərk edir

01:30 9 Yanvar 2015

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" yanvarın 8-də yenə iki məşq keçib. "Ağ-yaşıllar" hələlik tam heyətlə hazırlıq keçə bilmirlər.

 

Yuxarı bud hissəsində əzələ yırtığı əmələ gələn müdafiəçi Rasim Ramaldanov dünəndən

məşqlərdə iştirak edə bilmir. Məşqlərdən azad olan digər zədəli futbolçu Orxan Sadıqlı isə komandanın düşərgəsini tərk etməyə hazırlaşır.

 

Gənc qapıçı bu gün Antalyadan Ankaraya yollanacaq. Sadıqlı məhz orda son dəfə tibbi müayinədən keçəcək. Məhz bundan sonra qoyulacaq diaqnoza əsasən qolkiperin cərrahiyyə əməliyyatı keçirəcəyi müəyyənləşəcək. Qapıçı ordan Antalyaya deyil, Bakıya dönəcək.

 

Qeyd edək ki, hazırda "Valentin Qranatkin" turnirində iştirak edən "Xəzər Lənkəran"ın digər futbolçusu Elnur Cəfərov kluba yanvarın 13-də qoşulacaq. (apasport)


Xəbər xətti