ŞOK İDDİA - Azərbaycan çempionatında oyunlar satılır

11:00 9 Yanvar 2015

Azərbaycan çempionatı danışılmış oyunların qeydə alındığı ölkələr siyahısına daxil edilib. 
 

Sportarena.az Derbi.az-a istinadən xəbər verir ki, Hollandiyanın məhşur "Voetbal International" nəşri 2014-cü ildə Avropada ən çox danışılmış oyunlarda iştirak edən ölkələrin siyahısını tərtib edib.

Hollandiyalı həmkarlarımızın araşdırmasında ən çox oyun alqı-satğısı ilə məşğul olan 10 ölkə yer alıb. Azərbaycanın adı Bolqarıstan, İtaliya, Rusiya, Hollandiya, Uels, Litva, Şotlandiya kimi ölkələrdən sonra 8-ci pillədə göstərilib.


Xəbər xətti