SON XƏBƏR - AZAL daha 2 futbolçu ilə yolları ayırdı

Sportarena.az      9 Yanvar 2015 , 12:25

AZAL daha 2 futbolçu ilə yollarını ayırıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Adil Nağıyev mövsümün sonuna qədər “Zirə”yə icarəyə verilib. Tomi Kostadinovla isə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb.

 

Əvəzində komandaya yeni futbolçu qoşulub. Bu, yayda da klubun düşərgəsində olmuş Valeri Kutsenkodur. Ukraynalı yarımmüdafiəçi ötən gün düşərgəyə qoşulub.

Qeyd edək ki, 28 yaşlı legioner ölkəsinin U-17 və U-19 millilərində çıxış edib və üst-üstə 6 oyun keçirib. Peşəkar karyerasına “Dnepr”də başlayan Kutsenko vətənində “Obolon”, “Krivbass” və “Vorskla”nın da şərəfini qoruyub. Xavbek 2 dəfə Belarasda legioner həyatı da yaşayıb: əvvəlcə “Brest”, sonar isə “Minsk”in şərəfini qoruyub. Onun son klubu isə Latviya “Dauqava”sı olub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin