Muarrem Muarrem "Qarabağ"ı tərk edir ?

13:10 9 Yanvar 2015

"Qarabağ"ın ən önəmli futbolçularından biri Muarem Muarem klubdan gedə bilər.

 

Sportarena.az xəbər verir ki, Türkiyə Super Liqasında çıxış edən "Eskişəhərspor" və "Gənclərbirliyi" klubları makedaniyalı futbolçunu transfer etmək istəyir. 

 

Bu klubların yaxın günlərdə "Qarabağ"a rəsmi təklif göndərəcəyi gözlənilir. Futbolçunun özünün də Türkiyədə karyerasını davam etdirməyin əleyhinə olmadığlı üçün transferin reallaşacağı deyilir. 

 

Qeyd edək ki, 27 yaşlı Muarem Muarem bu mövsüm "Qarabağ"ın heyətində Hollandiyanın "Tvente" klubuna qol vuraraq komandasını Avroliqanın qrup mərhələsinə çıxarmışdı. Futbolçu Ukraynanın "Dnepr" klubuna səfərdə qol vuraraq komandasına üç xal qazandırmışdı. anspress

 


Digər xəbərlər

Xəbər xətti