"Sumqayıt" "Bakı"nı darmadağın etdi - FOTOLAR

17:18 14 Yanvar 2015

Premyer Liqanın III və IV dövrəsinə hazırlaşan "Sumqayıt"la "Bakı" bu gün ilk yoхlama oyununa çıxıb.

 

Sportarena.az хəbər verir ki, Sumqayıt və Bakının eyniadlı təmsilçiləri "Kapital Bank Arena"da qarşılaşıb.

 

Oyun "Sumqayıt"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Məhəmməd Qurbanov dubl edib, Orxan Əliyev, Tofiq Mikayılov və Budaq Nəsirov hərəyə bir qol vurub. "Bakı"nın yeganə qoluna isə Nuran Qurbanov imza atıb.

 

Qeyd edək ki, "Sumqayıt" qış fasiləsinə 8-ci, "Bakı" 9-cu pilləsində yollanıb. Komandalar bu mövsüm Premyer Liqanın V və XIII turlarında qarşılaşıb. İlk oyunda "Sumqayıt" 2:1 hesablı qələbə qazanıb, ikinci matçda qalib müəyyənləşməyib - 1:1. "Sumqayıt"la "Bakı" Azərbaycan Kubokunun 1/8 finalında da üz-üzə gəlib. Əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb, penalti seriyasında "Bakı" qalib gəlib - 4:3.

 

Sumqayıt

Yoхlama oyunu

14 yanvar

 

Sumqayıt - Bakı 5:1

Qollar: Məhəmməd Qurbanov (2), Orxan Əliyev, Tofiq Mikayılov, Budaq Nəsirov - Nuran Qurbanov.

"Kapital Bank Arena".


Xəbər xətti