"Eskişehirspor"un baş məşqçisi : "Muarem bizə lazımlı futbolçudur" - AÇIQLAMA

01:29 15 Yanvar 2015

"Muarem əla futbolçudur. Onun oyununu izləyirdik və bizə lazımlı futbolçudur". 

Bu sözləri "Eskişehirspor" klubunun baş məşqçisi Mixael Skibbe deyib.

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremlə maraqlandıqlarını təsdiqləyən almaniyalı mütəxəssis makedoniyalı futbolçunun komandasına faydalı ola biləcəyini bildirib: "Muaremin komandaya faydalı olacağını düşünürəm. Lakin hələ ki, onun mümkün transferi barədə ətraflı danışa bilmərəm". (qol.az)


Xəbər xətti