Millimizin məşqçiləri: Kim hansı oyuna baxdı?

11:39 15 Yanvar 2015

Türkiyədə təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının və yığma komandaların hazırlıq prosesini yaxından izləmək məqsədilə Antalya şəhərində səfərdə olan Azərbaycan millisinin məqşçilər korpusu daha bir neçə oyuna baxıblar. 

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki “Neftçi” -  “Hajer” (Səudiyyə Ərəbistanı) oyununu izləyib, sonra R.Prosineçki və Yaşar Vahabzadə “Neftçi”nin baş məqşçisi Arif Əsədovla görüşüblər.

 

Elxan Abdullayev, Draqan Spasiç, Qordan Tsipriç, Yanko Yankoviç, Faiq Əzizov və Babək Alxasov “Xəzər Lənkəran” – “Kemnitser” (Almaniya), Elxan Abdullayev, Draqan Spasiç, Yanko Yankoviç və Babək Alxasov “Qəbələ” – “Eskişehirspor” (Türkiyə), Faiq Əzizov və Qordan Tsipriç isə “İnter” – “Kayrat” (Qazaxıstan) qarşılaşmasını izləyiblər.


Digər xəbərlər

Xəbər xətti