Aleksey Qay: "Daha çətin olacağını gözləyirdim"

Sportarena.az      15 Yanvar 2015 , 14:00

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin ukraynalı futbolçusu Aleksey Qay hazırlıq prosesi barədə fikirlərini açıqlayıb. 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi Türkiyənin “Əskişəhərspor” klubu ilə qarşılaşmadan sonra fikirlərini gabalafc.az-la bölüşüb:

“Keçirdiyimiz yoxlama oyunlarında nəticə deyil, məşqçinin komandaya aşılamaq istədiyi oyun sxemi ön sırada durur. İndiki matçlarımız təhlil üçün əsas verir. Bu da gələcəkdə daha güclü çıxış etməyimizə səbəb olmalıdır. Lakin hələ çox çalışmalıyıq”.

Qay bildirib ki, “qırmızı-qaralar”a Antalya toplanışında qatılsa da, yeni komandaya gözlədiyindən də asan uyğunlaşıb: “Qəbələ”yə uyğunlaşmaqda heç bir çətinlik olmadı. Bu prosesin daha çətin olacağını gözləyirdim. Lakin burada məni çox isti qarşıladılar. Bütün komanda üzvlərinin arasında qarşılıqlı hörmət olan yerdə uyğunlaşma ilə bağlı da çətinlik ola bilməz. Belə olanda biz futbolçulara yalnız yaxşı oynamaq və qalib gəlmək qalır”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin