"Qəbələ"dən NÖVBƏTİ RƏSMİ TRANSFER

Sportarena.az      15 Yanvar 2015 , 18:48

Mövsümün ikinci yarısı öncəsi heyətini gücləndirməkdə davam edən "Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunadək Rəşad Sadiqov və Aleksey Qayla müqavilə imzalayan "qırmızı-qaralar” bu dəfə yeni qapıçı ilə gücünə güc qatıb. "Qəbələ" ukraynalı qolkiper Dmitri Bezotosnını rənglərinə bağlayıb. Antalya toplanışı zamanı komandaya qoşulan çərçivə qoruyucusu ilə 6 aylıq müqavilə imzalanıb. Bezotosnı artıq "qırmızı-qaralar"la ilk məşqə də çıxıb.


15 noyabr 1983-cü ildə Ukraynada anadan olan Bezotosnı karyerası boyunca "Tovtrı" (2000), "Dnepr-3" (2001), "Saturn-REN TV" (2002-2004), "Metallurq-2" (Zaparojye, 2004-2007), "Metallurq" (Zaparojye, 2007-2011) və "Çenomorets" (2011-2014) klublarında əlcək geyinib. Əsasən Ukrayna klublarının şərəfini qoruyan qapıçı yalnız 2002-2004-cü illəri vətəndən kənarda - Rusiyada keçirib.

192 sm boya, 83 kq çəkiyə malikdir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin