Millimiz yoxlama oyununda macarlara qalib gəldi

12:00 16 Yanvar 2015

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, millimiz Macarıstan yığması ilə qarşılaşıb.

Qarşılaşma 5:2 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb. Macarıstan yığmasının qapısından topları Elvin Quliyev, Sabir Allahquliyev, Orxan Məmmədov, Zeynal Zeynalov və Renat Sultanov keçirib.


Digər xəbərlər

Xəbər xətti