"Qəbələ" ukraynalı hücumçu ilə anlaşdı

Sportarena.az      16 Yanvar 2015 , 18:35

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" klubu növbəti transferini gerçəkləşdirib. 


Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar" bir müddətdir klubun düşərgəsində olan ukraynalı hücumçu Ruslan Fominlə münasibətləri rəsmiləşdirib. 



28 yaşlı futbolçu mövsümün sonuna qədər “Qəbələ”də çıxış edəcək. O, yanvarın 14-də “Eskişehirspor”la keçirilən yoxlama oyununda “Qəbələ”nin heyətində debüt edib.



Qeyd edək ki, Fomin 2008/2009 mövsümündə  Donetsk “Şaxtyor”unun heyətində UEFA kubokunu qazanıb. Onun son klubu “Çernomorets” olub.



Xatırladaq ki, bu, "Qəbələ"yə "Çernomorets"dən gələn üçüncü futbolçu olub. "Qəbələ" daha öncə Odessa təmsilçisindən Aleksey Qay və Dmitri Bezotosnını heyətinə cəlb edib. Qayla 1,5, Bezotosnı ilə 6 aylıq müqavilə imzalanıb. (apasport)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin