Yoxlama oyunu : "Xəzər Lənkəran" qələbəni əldən verdi - CANLI YAYIM + YENİLƏNİB

21:00 17 Yanvar 2015

Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün 3-cü yoxlama oyununda qüvvəsini sınayacaq.

Sportarena.az xəbər verir ki, Elbrus Məmmədovun başçılığı altında Cənub təmsilçisi Ukraynanın “Metallurq” klubu ilə qarşılaşacaq.

 

“Xəzər Lənkəran”ın Zaporojye təmsilçisi ilə görüşü “Gloriya” otelinin meydançasında baş tutacaq. Oyun  Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, ilk yoxlama oyununda “Təkirdağspor”la heç-heçə (2:2) edən “Xəzər Lənkəran” ikinci matçında Almaniya III Bundesliqa təmsilçisi “Kemnitser”ə 2:0 hesabı ilə məğlub olub.  

 

Yoxlama oyunu

 

17 yanvar

 

19:00. “Xəzər Lənkəran” (AZƏRBAYCAN) – “Metallurq” 1-2

Qol. S. Tounkara,31

 

 


Digər xəbərlər

Xəbər xətti