"Qarabağ" ilk yoxlama matçında uduzdu - CANLI YAYIM + YENİLƏNİB

21:12 17 Yanvar 2015

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” ilk yoxlama oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın “RNK Split” komandasıyla üz-üzə gələcək.

 

Qarşılaşma “Piapilyon” hotelinə məxsus futbol meydançasında reallaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da veriləcək.

 

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu yanvarın 21-də İsveçrənin “Sürix” klubuna qarşı keçirəcək.

 

Yoxlama oyunu

 

17 yanvar

 

19:00. “Qarabağ” (AZƏRBAYCAN) – “RNK Split” (Xorvatiya) 1-3

Qol. Namiq Ələsgərov,70

 

 

 


Xəbər xətti