Qurban Qurbanov: "Muarem komandadan getsə..." - AÇIQLAMA

01:29 18 Yanvar 2015

Son günlər Muarem Çuaremin "Qarabağ"dan ayrılaraq "Eskişeherspor"a keçəcəyiylə bağlı xəbərlər səngimək bilmir.

Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu məsələdən danışıb:

“Son gün istisna olamqla, danışıqlar bir neçə müddətdir davam edir. Hələ ciddi təklif yoxdu. İndi danışıqlar dayanıb. Bir neçə günə məsələyə aydınlıq gələr. Onlar son təkliflərini göndərməlidilər. Hardasa klublar arasında razılıq əldə olunmur. Biz istərdik ki, futbolçumuz Türkiyə Super Liqasında oynasın, klublar arasında əməkdaşlıq yaransın. Amma həm futbolçunu düşünməliyik, o da hara getdiyini fikirləşməlidi. Klubun maraqları da arxa plana keçməməlidi. O, bizim əsas oyunçularımızdandı, onu buraxmaq istəmirik. Bilməliyik ki, hara gedir, niyə gedir. Çempionatın ikinci yarısının əvvəlinə az qalıb. Muarem bizə lazımlı futbolçudu. Onu buraxmaq bizə xoş deyil. Amma hərtərəfli razılıq olsa, futbolçunun qarşısını da kəsmərik. Əgər bu keçid baş tutsa, yerinə oyunçu transfer etməyimiz mümkündü. Bir neçə oyunçu ilə maraqlanırıq. Ola bilər ki, ən azı bir futbolçu ilə güclənək”.


Xəbər xətti