Türkiyə klubu Rail Məlikovu bağışladı

11:30 19 Yanvar 2015

Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov Türkiyənin “Dənizlispor” klubuna qayıdıb.

 

PTT 1-ci Liqasında baş verən məşqçi dəyişikliyindən sonra Özcan Bizatinin yerinə baş məşqçi təyin olunan Əngin İpəkoğlu müdafiəçimizi komandaya qaytarıb 
 

 

Türkiyə mətbuatının yazdığına görə, Rail artıq ötən gündən komandanın Antalya toplanışına qatılıb. 

Qeyd edək ki, Məlikov, baş məşqçidən icazə alaraq, Azərbaycana gəlmiş, daha sonra məşqlərə bir gün gecikdiyi üçün komandadan kənarlaşdırılmışdı.


Xəbər xətti