“Əskişəhərspor”un vitse-prezidenti: “Həmin məbləği “Qarabağ”a verə bilmərik”

Sportarena.az      21 Yanvar 2018, 14:18

“Muarem Muaremlə bağlı danışıqlar hələ də davam edir. İnanırıq ki, biz “Qarabağ”la razılığa gələcəyik”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Türkiyənin “Əskişəhərspor” klubunun vitse-prezidenti Ahmet Yalçın deyib. 
 

 

O, “Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremin “Es-es”ə keçidinin hələ də gündəmdə olduğunu bildirib. Qardaş ölkə klubunun rəsmisi Ağdam klubunun onlardan çox pul istədiyini və belə bir məbləği verə bilməyəcəklərini deyib: “Qarşı tərəf bizim verdiyimiz məbləğə razı deyil. Onlar daha çox pul istəyirlər. Biz də transferlərə çox pul xərclədiyimizdən həmin məbləğə razı ola bilmərik. Hazırda gözləmə mövqeyindəyik. Maurem onsuz da 6 ay sonra azad futbolçu olacaq. Amma o bizə indi də lazımdır. Hazırda danışıqları davam etdiririk. Muarem komandamız üçün çox iş görə bilər. Buna görə də onun transferində israrlıyıq”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin