“Xəzər Lənkəran”dan açıqlama - 2 futbolçudan şikayət olunub

Sportarena.az      22 Yanvar 2015 , 16:45

“Öncə qeyd edim ki, klubumuzda maliyyə problemi yoxdur. Əgər elə bir problemimiz olsaydı, iki həftədir ki, Antalyada təlim-məşq toplanışı keçməzdik“. 
 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib. 

Klub rəsmisi Qalin İvanovun vəkili Radostin Vasiliyevin “Xəzər Lənkəran”a 6 aylıq transfer cəzası veriləcək deməsinə münasibət bildirib: “Biz İvanovdan klubunu düşərgəsini özbaşına tərk etdiyi üçün FİFA-ya şikayət etmişik. Müraciətimiz ali qurum tərəfindən qəbul edilib. Sadəcə vəziyyətdən çıxış yolu kimi futbolçunun vəkili prosesə təsir etmək və məsələni uzatmaq istəyir. Vəkil açıqlamasında qeyd edir ki, futbolçu incidilib. Nəyi nəzərdə tutur? İvanovun 3 gün sonra keçiriləcək “Qarabağ”la vacib qarşılaşma öncəsi ölkəni və komandanın düşərgəsini tərk  etməsini? Biz eyni intizamsızlığı edən Deyna Blajevski haqqında da eyni şikayəti etmişik. Çünki hər ikisi səbəb göstərmədən klubu tərk ediblər. “Xəzər Lənkəran” adıçəkilən oyunçuların ciddi cəzalanması üçün FİFA-dan xahiş edib. Digər tərəfdən də klubumuz gəncləşdirmə strategiyasını qəbul edərkən bir neçə legioner futbolçu ilə yollar ayrıldı. Necə olur ki, heç bir futbolçu ilə problem olmadı, ancaq İvanov və Blajevski incidildi?”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin