Mirça Redik: "Xəzər Lənkəran" üçün darıxıram" - AÇIQLAMA

01:00 24 Yanvar 2015

"Maraqlı oyun oldu. "Neftçi" bu gün çox yaxşı formadadır. Bundan əvvəl "Xəzər Lənkəran"da işlədiyim üçün "Neftçi"nin oyunçularını tanıyıram.  "Neftçi" sürətli oyunu ilə seçildi. Görünür ki, onlar çempionata yaxşı hazırlaşıblar".

Sportarena.az xəbər verir ki, bu sözləri "Petrolul"un baş məşqçisi Mirça Rednik "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Rednik keçmiş klubu "Xəzər Lənkəran", eləcə də "Qarabağ" haqda da danışıb:

"Xəzər Lənkəran" üçün darıxıram. Komandanın bugünkü vəziyyəti məni qane etmir. Azərbaycan futbolu inkişaf edir. Ölkənizdə "Qarabağ" kimi yaxşı komanda var".

Rednik onu da qeyd edib ki, gələcəkdə yenidən Azərbaycanda işləyə bilər.


Xəbər xətti