"Qarabağ" Polşa çempionu ilə yoxlama oyunu keçirəcək

17:01 26 Yanvar 2015

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" klubu hazırlıqlarını davam etdirir.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün səhər saatlarında yoxlama oyunu öncəsi son məşqinə çıxıb.

 

90 dəqiqə davam edən məşqdə oyunçular isinmə hərəkətlərinin ardından iki qrupa bölünərək futbol oynayıblar.

 

Qeyd edək ki, "Qarabağ" sabah növbəti yoxlama oyununu keçirəcək. Qurban Qurbanovun komandasının rəqibi son Polşa çempionu "Legiya" klubu olacaq.


Digər xəbərlər

Xəbər xətti