SON XƏBƏR - "Qəbələ" braziliyalı futbolçu ilə yollarını ayırdı

17:20 26 Yanvar 2015

“Qəbələ” yarımmüdafiəçi Markinyoş Karioka ilə yollarını ayırıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən 2014-2015 mövsümünün startından “qırmızı-qara” formanı geyinən futbolçunun komandasının heyətindəki yarımillik karyerası başa çatıb. 2014-cü ilin yayında transfer olunan 23 yaşlı braziliyalı legioner mövsümün ilk yarısında komandanın heyətində 13 oyun keçirib.

 

Ötən ilin avqustun 23-də keçirilən Topaz Premyer Liqasının III turunun “Bakı” ilə oyununda (2:0) “Qəbələ” formasında debüt edən Markinyoş 12 çempionat oyununda 700 dəqiqə meydanda olub, 1 qol və 1 sarı vərəqə ilə diqqət çəkib. O, XII turun noyabrın 20-də keçirilən AZAL-la oyununda (3:3) yeganə qolunu vurub.

 

Braziliyalı futbolçu 90 dəqiqə meydanda olduğu 1 kubok oyununun iştirakçısı olub. Dekabrın 18-də “Sumqayıt”la səfərdə keçirilən qarşılaşma (1:1) isə Markinyoşun “Qəbələ”də son matçı olub.


Xəbər xətti