Premyer Liqanın XIX turunun 3 oyunu canlı yayımlanacaq

18:39 26 Yanvar 2015

Bu həftə Topaz Premyer Liqasında qış fasiləsi başa çatacaq və III dövrəyə start veriləcək. Cümə, şənbə və bazar günləri XIX turun oyunları baş tutacaq.

 

Turun 4 matçından 3-ü canlı yayımlanacaq. Yanvarın 30-da keçiriləcək "İnter" - "Sumqayıt" və fevralın 1-də baş tutacaq "Bakı" - "Qəbələ" qarşılaşmalarını "İdman Azərbaycan", yanvarın 31-dəki AZAL - "Neftçi" görüşünü Az.TV efirə verəcək.

 

Turun yalnız bir matçını, fevralın 1-dəki "Simurq" - "Xəzər Lənkəran" görüşünü televiziya vasitəsi ilə izləmək mümkün olmayacaq. Böyük ehtimalla hər iki klubun rəsmi satyı oyunu canlı yayımlayacaq.

 

Premyer Liqa

XIX tur

 

30 yanvar

18.00 İnter - Sumqayıt (İdman Azərbaycan)

"İnter Arena".

 

31 yanvar

16.00 AZAL - Neftçi (Az.TV)

"AZAL Arena".

 

1 fevral

14.00 Bakı - Qəbələ

"Bakı"nın təlim-məşq bazasının stadionu.


Digər xəbərlər

Xəbər xətti