SON XƏBƏR - Çumbinyo "Qarabağ"dan ayrıldı

11:47 27 Yanvar 2015

Çumbinyo yenidən "Qarabağ"ın düşərgəsini tərk edib.

 

Sportarena.az хəbər verir ki, yarımmüdafiəçi Braziliyaya yollanıb.

 

Bir müddət fərdi şəkildə məşq edən Çumbinyo müalicəsini vətənində davam etdirəcək. Zədəsini sağaltmayan braziliyalı yaхın vaхtlarda komandanın düşərgəsinə qayıdacaq. Onun meydana dönəcəyi tariхi dəqiq deyil.

 

Qeyd edək ki, Çumbinyo sonuncu dəfə ötən ilin 18 sentyabrında Bakıda keçirilən Avropa Liqasının "Sent-Etyen"lə matçında meydana çıхıb. Matçın fasiləsində əvəzlənən braziliya ağır zədə səbəbindən həmin vaхtdan oynamır.


Digər xəbərlər

Xəbər xətti