"Xəzər Lənkəran" və "Barselona"nın sabiq üzvü Rumıniyada

13:39 27 Yanvar 2015

"Xəzər-Lənkəran"ın sabiq yarımmüdafiəçisi Edu Oriol Qrasiya karyerasını Rumıniya çempionatında davam etdirəcək. 28 yaşlı ispan Buxarest "Rapid"i ilə danışıq aparır. Artıq danışıqlar son mərhələdədi. Yaxın günlərdə keçidin rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Edu 2013-cü ilin yayında "Xəzər Lənkəran"a transfer olmuşdu. Ancaq Azərbaycanda özünü yaxşı tərəfdən göstərə bilməyən futbolçunun 2 illik müqaviləsi qışda qarşılıqlı razılıq əsasında ləğv olunmuşdu. XL-dan sonra Limassol AEL-inə üz tutan Oriolun son klubu isə "Blekpul" olub.


Xəbər xətti