Danışılmış oyun iddiasına “Qarabağ”dan MÜNASİBƏT

Sportarena.az      28 Yanvar 2015 , 01:00

"Bu yoldaşlıq görüşüdür, hansısa danışılmış oyundan söhbət gedə bilməz".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş meneceri Asif Əsgərov deyib.

 

Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışı zamanı Bolqarıstan "Levski"si ilə keçirilən görüşün danışılmış oyun olmasına münasibət bildirən klub rəsmisi bunun mümkünsüz olduğunu bildirib. O, "Qarabağ"ın heç bir danışılmış oyunda iştirak etmədiyini vurğulayıb: 

 

"Qarabağ" danışılmış oyunda iştirak etməyib. Ola bilər ki, bu, Bolqarıstan mətbuatının uydurmasıdır. Belə hal mümkünsüzdür, ağıllarına nə gəlirsə, yazırlar. Sizcə "Qarabağ" hansısa bir danışılmış oyunda iştirak edər? Referinin sonradan dəyişməsi məsələsinə gəldikdə, baş hakimin Ömər Paşayev olacağı əvvəlcədən məlum idi".

 

Oyunda penalti epizodlarının çoxluğundan danışan baş menecer bunun klubdan yox, oyunun baş hakimindən asılı olduğunu söyləyib.

 

Qeyd edək ki, Bolqarıstan mətbuatı qış təlim-məşq toplanışı zamanı Antalya bölgəsində keçirilən "Qarabağ" - "Levski" (0:3) matçının danışılmış oyun olduğunu iddia edir.(Report.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin