"Bakı-2015"də daha bir ulduz elçisi seçildi

22:35 29 Yanvar 2015

“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi tanınmış televiziya aparıcısı Azər Qəribi bu yay keçiriləcək birinci Avropa Oyunlarının ulduz elçisi seçib.

Sportarena.az ANS PRESS-ə istinadən bildirir ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilk Avropa Oyunlarına Azər Qərib kimi məşhurların dəstəyini yüksək qiymətləndirib. Nazir əmin olduğunu bildirib ki, ulduz elçilərimiz əhali arasında böyük həyəcan yaradacaq və daha çox insanı Oyunlara cəlb edəcək.

Azərbaycanı “Bakı-2015”-də ulduz elçi kimi təmsil etməkdən qürur duyduğunu vurğulayan Azər Qərib idman azarkeşlərini bu yay Bakıya gəlməyə həvəsləndirməyin Oyunlar üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Ulduz elçi proqramı “Bakı-2015”-in Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq. Proqram iştirakçıları “Bakı-2015”-in obyektlərinə baş çəkmək, gerisayım tədbirlərinə qoşulmaq, kampaniyaları dəstəkləmək və sosial şəbəkələrdən istifadə etməklə pərəstişkarları arasında Oyunların təbliğ olunmasını təmin edəcəklər.
 


Digər xəbərlər

Xəbər xətti