Arif Əsədov: "Müdafiədə kobud səhvlər etdik"

17:36 31 Yanvar 2015

“Fasilədən sonra ilk oyuna çıxdıq. İlk oyunlar gərgin keçir, ağır olur. Heyətdə müəyyən problemlər vardı. 4 oyunçunun xidmətindən məhrum idim.

Sportarena.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

Azərbaycan Premyer Liqasının XIX turunda AZAL-ın qonağı olan “Neftçi” 1:2 hesabı ilə məğlub olub. Əsədov bildirib ki, görüşə yaxşı başlasalar da, lazımı nəticə ilə bitirə bilməyiblər: “Müdafiədə kobud səhvlər etdik. Bu problemlər daim olub. Həmin səhvləri aradan qaldırmalıyıq. Elşən Abdullayevin tez əvəzlənməsi hücumdakı təzyiqin artırılmasına hesablanmışdı. Düşünürəm ki, Elşən yaxşı oynadı. Amma oyunun gedişində hücumçuya ehtiyacımız oldu və Elşəni əvəzlədik”.


Digər xəbərlər

Xəbər xətti