"Qəbələ" Kamran Ağayevdən imtina etdi

Sportarena.az      1 Fevral 2015 , 10:30

“Qəbələ” qapıçı Kamran Ağayevlə yollarını ayırıb.

Sportarena.az klubun rəsmi saytına istinadənxəbər verir ki, qarşılıqlı razılaşma əsasında futbolçu ilə müqaviləyə xitam verilib.

2014-cü ilin əvvəlindən “qırmızı-qara” formanı geyinən qolkiper “Qəbələ”nin uğurları üçün 1 il çalışıb. Komandanın heyətində 37 oyun keçirib, 43 top buraxan Ağayev 2013/14 mövsümündə “qırmızı-qaralar”la Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olub. Azərbaycan kubokunun finalında iştirak edib.

29 yaşlı qapıçı Premyer Liqada 31 oyunda 36, Azərbaycan kubokunda 4 oyunda 2, Avropa Liqasında 2 oyunda 5 qol buraxıb. 31 dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan futbolçu 2014-cü il fevralın 8-də “Qarabağ”la çempionatdakı ev oyununda (0:1) debüt edib. “İnter”lə dekabrın 21-də Qəbələdə baş tutan çempionat matçı isə Ağayevin “qırmızı-qara” formada son oyunu olub.

“Qəbələ” Kamran Ağayevə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin