Künc zərbəsindən birbaşa qol - VİDEO

19:13 2 Fevral 2015

Rusiyanın "Zenit" klubunun futbolçusu Halk Belarus BATE-sinin qapısına künc zərbəsindən birbaşa qol vurub.

Sportarena.az xəbər verir ki, bu qol Türkiyənin Antalya bölgəsində keçirilən yoxlama matçında qeydə alınıb.

Braziliyalı hücumçu topa elə zərbə vurub ki, küləyin də köməyilə birbaşa qapının uzaq küncünə istiqamətlənib. BATE-nin qapıçısının tutmaq istədiyi top onun əlindən sürüşərək, tora qovuşub.

Qeyd edək ki, görüş "Zenit"in qələbəsi ilə yekunlaşıb - 3:1. 

 


Xəbər xətti