"Sumqayıt"da istirahət bitdi, komanda məşqlərə başladı

22:24 2 Fevral 2015

Azərbaycan Premyer Liqasının 3-cü dövrəsinə "İnter"lə heç-heçə ilə başlayan "Sumqayıt" Futbol Klubu 2 günlük istirahəti başa vurub.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün səhər "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb. Heyətdə zədəli futbolçular yer almayıb. Baş məşqçi Aqil Məmmədov əvəzedici komandadan 2 futbolçu - Ramil Orucov və Aqil Güləhmədovu əsas heyətə cəlb edib.

Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda istirahət edəcək.


Digər xəbərlər

Xəbər xətti