"Arsenal" azarkeşlərinə şad xəbər

14:29 4 Fevral 2015

"Arsenal" klubunun bəzi futbolçuları zədəsini sağaldıb.

Sportarena.az xəbər verir ki, ingilis hücumçu Deni Uelbek və Çili yığmasının üzvü Aleksis Sançez tam olaraq sağalıb. Onlar həftəsonu keçiriləcək "Tottenhem"lə oyunda iştirak edə biləcək.

Xatırladaq ki, London təmsilçisinin heyətində Cek Uilşir, Mikel Arteta və Serj Gnabri zədəlidi.

 


Xəbər xətti